Pokatilov “Sabah”a yox dedi – Türkiyə macərası başlayır?

İdman

13.02.2026 11:34

Masazır təmsilçisi “Sabah” klubunun qapıçısı Stas Pokatilovun gələcəyi ilə bağlı yeni detallar ortaya çıxıb. Qazaxıstanlı futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib və karyerasını başqa ölkədə davam etdirmək ehtimalı güclənib.

TodayPress TV “Vesti.kz” portalına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Türkiyədən təklif alıb və yay transfer pəncərəsində Super Liqa və ya I Liqa variantı real görünür. 

Pokatilovun “Sabah”la müqaviləsi mövsümün sonunda başa çatacaq və tərəflər arasında razılıq əldə olunmadığı üçün ayrılıq ehtimalı artıb.

2025-ci ilin yanvarında komandaya qoşulan qapıçı qısa müddətdə əsas heyətin üzvünə çevrilib. Cari mövsümdə o, 27 oyunda meydana çıxıb, komandanın müdafiə xəttində sabitlik yaratmağa kömək edib və təcrübəsi ilə gənc oyunçular üçün vacib fiqur sayılıb.

Pokatilovun yeni müqavilədən imtina etməsi bir neçə amillə əlaqələndirilə bilər. O, karyerasının son mərhələsində daha rəqabətli liqada çıxış etmək istəyir. Futbolçu maliyyə və idman şərtləri baxımından daha sərfəli təklif gözləyir. 

Əgər Türkiyə transfer reallaşarsa, bu addım həm futbolçunun karyerası üçün yeni çağırış olacaq, həm də “Sabah” klubunu qapıçı mövqeyində yeni seçimlər axtarmağa məcbur edə bilər.

Namiq HUN

TodayPress TV

tag: Stas Pokatilov,Sabah,Klub,Qərar,Todaypress.tv,