Plyuşenkonun oğlu Azərbaycan üçün debütə hazırlaşır
Rusiyanın məşhur fiqurlu konkisürəni Yevgeni Plyuşenkonin oğlu Aleksandr Plyuşenko Azərbaycan üçün beynəlxalq arenada çıxış etməyə hazırlaşır.
TodayPress TV xəbər verir ki, “Aleksandr Beynəlxalq Qran-pri seriyasının iki mərhələsinə - Ankarada və Batumidə keçiriləcək yarışlara vəsiqə qazanıb. Hazırda bu startlara hazırlıq gedir”, - deyə Yevgeni Plyuşenko bildirib.
Qeyd edək ki, gənc idmançının Azərbaycan yığması üçün çıxışı yaxın aylarda rəsmiləşə bilər.