Piastri İspaniya Qran-prisinin qalibi oldu
“Maklaren” komandasından Oskar Piastri "Formula 1" üzrə İspaniya Qran-prisinin qalibi olub.
TodayPress TV xəbər verir ki, onun komanda yoldaşı Lando Norris ikinci yeri tutub.
"Ferrari"dən Şarl Lekler isə üçüncü yerdə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında keçiriləcək.