Paragüllə atıcımız Xorvatiyada Avropa çempionatında qızıl medal qazandı

Paragüllə atıcımız Xorvatiyada Avropa çempionatında qızıl medal qazandı
07.10.2025 20:40 İdman

Azərbaycan paragüllə atıcısı Kamran Zeynalov Xorvatiyanın Osiyek şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

TodayPress TV xəbər verir ki, idmançı 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P1) 235.6 xalla birinci olub.

Qeyd edək ki, paralimpiyaçımız daha əvvəl qitə çempionatında qarışıq komanda üzrə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada (P6) Aybəniz Babayeva ilə birlikdə və 50 metr məsafəyə tapançadan atəşaçmada (P4) 221.6 xalla gümüş medala yiyələnib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər