Parabadmintonçumuz Avropa çempionatında finala yüksəldi
Parabadmintonçu İbrahim Əliyev Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında kişilərin qoşa yarışında SU-5 kateqoriyasında yarımfinala yüksəlib.
TodayPress TV xəbər verir ki, İbrahim və polşalı komanda yoldaşı Bartlomiej Mroz finala aparan yolda İspaniya təmsilçiləri Manuel Qarsiya-Pablo Serrano qoşasına 2:0 (21-16,21-16) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl parabadmintonçumuz Zəhra Salmanlı qitə çempionatında finala vəsiqə qazanıb.
Namiq HUN