Olise üçün böyük qərar: klubunu tərk etmir
İdman
11.04.2026 12:28
Maykl Olise yay transfer pəncərəsində “Bavariya”dan ayrılmaq niyyətində deyil.
TodayPress TV xəbər verir ki, “The Touchline” mənbəsinə görə, fransalı vinger müqaviləsini sona qədər yerinə yetirmək istəyir və klubda qalmağa sadiqdir.
Bildirilib ki, “Real Madrid”, “Barselona” və “Liverpul” kimi nəhəng klubların marağına baxmayaraq, futbolçu transferə tələsmir.
Məlumata görə, Olise “Bavariya”ya etimad göstərir və müqavilə öhdəliklərini tam yerinə yetirməyə qərarlıdır.
Daha əvvəl “Real Madrid”in 24 yaşlı futbolçu üçün 160–165 milyon avro ödəməyə hazır olduğu bildirilmişdi.
Olise cari mövsümdə 41 oyunda 16 qol vurub və 29 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 140 milyon avro olaraq göstərilir.
Namiq HUN
tag: Maykl Olise,Bavariya,Real Madrid,Barselona,Liverpul,Todaypress.tv,
