Olimpiya kəndində qalmaqal: idmançılar qidadan zərər gördü

İdman

16.02.2026 13:06

XXV Qış Olimpiya Oyunlarında üç biatlonçu burgerdən zəhərlənib. 

TodayPress TV “Bild” nəşrinə istinadən xəbər verir ki, bunlar Almaniya biatlonçuları Vanessa Foyqt və Yanina Hettiх-Valts, həmçinin çexiyalı Cessika İslovadır.

Bildirilir ki, biatlonçular sprint yarışından əvvəl mədə problemlərindən şikayət ediblər. Ehtimal olunur ki, idmançılar keyfiyyətsiz burgerlərdən zəhərləniblər.

Hettiх-Valts və İslova sprint yarışında iştirakdan imtina edərək starta çıxmayıblar. Foyqt isə səhhətində narahatlıq olmasına baxmayaraq, yarışı 12-ci yerdə başa vurub. İdmançıların sağlamlıq problemləri ciddi olmayıb və cəmi iki gün davam edib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunları fevralın 22-dək davam edəcək. Yarışlarda 116 medal dəsti uğrunda mübarizə aparılır.

Namiq HUN

TodayPress TV

tag: Olimpiya,Burger,Zəhərlənmə,Biatlon,Todaypress.tv,