Olimpiya çempionundan gözlənilməz seçim – ağac ustası olmaq istəyir

İdman

10.04.2026 11:06

Üçqat olimpiya çempionu və 10 qat dünya çempionu Juliya Simon karyerasını başa vurduqdan sonra nə ilə məşğul olacağını açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Society” nəşri məlumat yayıb. 

Fransalı idmançı gələcəkdə dülgərlik sahəsinə yönələ biləcəyini bildirib. O qeyd edib ki, məktəbdən sonra ənənəvi təhsil yolunu seçməyərək bu sahə üzrə peşə diplomu alıb.

Simonaya ağacla işləmək, oyma və müxtəlif əşyalar hazırlamaq hər zaman maraqlı olub. Bu səbəbdən o, gələcəkdə mebel hazırlanması ilə məşğul olmağı real seçim kimi görür. İdmançı vurğulayıb ki, bu daha çox klassik dülgərlik sənətinə yaxın olacaq, bədii istiqamətdən isə uzaqdır.

O, həmçinin biatlonun üstünlüklərindən də danışıb. Bildirib ki, bu idman növündə məşqlər müxtəlifdir və monotonluq yoxdur: yayda roller, qaçış, şosse velosipedi və dağ velosipedi kimi fərqli hazırlıq mərhələləri olur.

Namiq HUN

TodayPress TV

tag: Juliya Simon,Karyera,Dülgər,Çempion,Todaypress.tv,