Neymar karyerası barədə qərar verdi: Braziliya millisində...
Braziliya yığmasının ulduz futbolçusu Neymar millidəki karyerasını bitirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Globo" məlumat yayıb.
34 yaşlı oyunçu Braziliyanın 2026-cı il Dünya Çempionatının 1/8 finalında Norveçə 2:0 hesabı ilə məğlub olması və turnirdən kənarlaşdırılmasından sonra bu barədə qərar verib.
Braziliya millisinin heyətində 130 oyuna çıxan Neymar 80 qol vurub və 59 məhsuldar ötürmə edib.
Ulduz futbolçu karyerasını Braziliya millisinin tarixində ən çox qol vuran oyunçu kimi başa vurub.