“Neftçi” hücumçusu ilə yollarını ayırdı
“Neftçi” hücumçusu Dembo Darbo ilə yollarını ayırıb.
TodayPress TV-ə bu barədə kubdan məlumat verilib.
Bildirilib ki, 26 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
2024-cü ilin avqustunda transfer olunmuş Darbo “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.