NBA-da yeni superulduz: Gilces-Aleksander tarixə düşdü

NBA-da yeni superulduz: Gilces-Aleksander tarixə düşdü
10.03.2026 12:46 İdman

Şey Gilces-Aleksander ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixində əfsanəvi nəticələrdən birinə imza atıb.

TodayPress TV xəbər verir ki, “Oklahoma City Thunder” klubunun ulduz basketbolçusu ardıcıl 126 oyunda ən azı 20 xal toplamaqla Uilt Çemberlenin rekordunu təkrarlayıb. 

Bu göstərici 63 ildir dəyişməz qalırdı.

27 yaşlı kanadalı basketbolçu bununla da NBA tarixində Çemberlendən sonra belə bir seriyaya çatan ilk oyunçu olub.

Qeyd edək ki, Gilces-Aleksander 2018-ci ildə NBA-da debüt edib. O, draftda “Charlotte Hornets” tərəfindən 11-ci nömrə ilə seçilib, lakin dərhal “Los Angeles Clippers” klubuna dəyişdirilib.

Basketbolçu 2019-cu ildən etibarən “Oklahoma Siti Tander”in formasını geyinir və komandanın əsas liderlərindən biri sayılır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər