Mundialın 1/4 finalçıları bəlli oldu
Hokkey üzrə dünya çempionatında qrup mərhələsi başa çatıb.
TodayPress TV xəbər verir ki, Avstriya və Danimarka kimi komandalar sürprizə imza ataraq 1/4 finala yüksəlməyi bacarıblar.
Pley-offun mərkəzi matçında son çempion Çexiya İsveçlə münasibətlərinə aydınlıq gətirəcək. ABŞ və Finlandiya komandalarının 1/4 final qarşılaşması da böyük maraq doğurur.
Bu mərhələdə Kanada Danimarkanı, İsveçrə isə Avstriya komandasını sınaqdan keçirəcək.
1/4 finalın bütün oyunları mayın 22-də keçiriləcək.
Namiq HUN