Mövsümün son “Masters” turnirini Alkaras qazandı
Tennis üzrə “Masters” seriyalı Roma turniri Yannik Sinnerin 228 günlük 26 oyundan ibarət qələbə seriyasının qırılması ilə yadda qalıb.
TodayPress TV xəbər verir ki, mövsümün son “Masters” (ATP-1000) turnirinin finalında Sinner torpaq kortda Karlos Alkarasla qarşılaşıb.
İlk setdə qalib tay-breykdə məlum olub. Bəxt Alkarasın üzünə gülüb. 7:6 (7:4). İspan tennisçi uğurun davamını ikinci setdə darmadağınla gətirib.
İlk 5 qeymi qazanan Karlos seti də qələbə ilə başa vurub 6:1.
Qeyd edək ki, tennisçilərin son 4 qarşılaşmasının hamısında ispaniyalı raketka ustası qələbə qazanıb.
Namiq HUN