Möhtəşəm dönüş! Qazaxıstanlı idmançı Olimpiya tarixini yazdı

İdman

14.02.2026 09:12

21 yaşlı qazaxıstanlı fiqurlu konkisürən Mixail Şaydorov XXV Qış Olimpiya Oyunlarında kişilərin fərdi yarışında qızıl medal qazanaraq ölkəsinə tarixi uğur gətirib.

TodayPress TV xəbər verir ki, o, qısa və sərbəst proqramların cəminə görə 291,58 xal toplayaraq Olimpiya çempionu titulunu qazanıb. 

Şaydorov, qısa proqramdan sonra aralıq sıralamada beşinci yerdə qərarlaşsa da, sərbəst proqramdakı güclü çıxışı sayəsində liderliyi ələ alaraq qızıl medala sahib çıxıb. O, Milan qələbəsi sonrası hisslərini belə ifadə edib:

“Bu, inanılmaz hissdir. Uşaqlıqdan bu məqsədə doğru irəliləmişəm. Əlimdən gələn hər şeyi etdim və görünür taleyim məni mükafatlandırdı. Bütün idmançılara ürəkdən azarkeşlik edirdim, rəqiblərimə ən yaxşı versiyaları olmağı arzulayıram. Böyük dəstək hiss etdim və bu an unudulmazdır”.

“sports.kz” portalının məlumatına görə, Qazaxıstan qanunvericiliyinə əsasən Olimpiya çempionlarına 250 min ABŞ dolları (təxminən 123,7 milyon tenqe) məbləğində mükafat verilir.

Namiq HUN

TodayPress TV

tag: Mixail Şaydorov,Olimpiya,Fiqurlu konkisürmə,Medal,Todaypress.tv,