MMA döyüşçüləri mundialda 8 medal qazandılar

MMA döyüşçüləri mundialda 8 medal qazandılar
23.06.2025 15:27 İdman

Braziliyada MMA üzrə dünya çempionatı keçirilib. 

TodayPress TV xəbər verir ki, San-Paulo mundialında Azərbaycan idmançıları da uğurla çıxış ediblər.

Turnirin baş mükafatı U-18 yaş qrupunda döyüşən Adil Abuzərovun (61,2 kq) aktivindədir. Eyni yaş qrupunda yarışan Məhəmməd Niftullayev isə  (65,8 kq) finalda məğlubiyyətlə barışdığından gümüş medala layiq görülüb.

Daha iki qızıl medalı komandamıza böyüklər arasında yarışan Sərdar Sərdarlı (65,8 kq) ilə Nihad Quliyev (74,9 kq) qazandırıb. Tofiq Niftəliyev isə (120,2 kq) aktivinə mundialın bürünc medalını yazdırıb. 

U-21 kateqoriyasında döşəyə çıxan Elvin Qurbanov (56,7 kq), Əli Şərifov (74,9 kq) və Miramin Mirheydərzadənin (70,3 kq) isə San-Paulo turnirindən qazancları gümüş medal olub. 

Namiq HUN

FOTOLAR

MMA döyüşçüləri mundialda 8 medal qazandılar — 1
XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər