MLS-də yeni səhifə: məşqçi Axundzadədən danışdı

İdman

12.03.2026 16:01

ABŞ-nin “Kolambus Kryu” klubunun baş məşqçisi Henrik Ridström Nəriman Axundzadə barədə fikirlərini bölüşüb.

TodayPress TV “Azərtac”a istinadən xəbər verir ki, isveçli mütəxəssis Azərbaycan millisinin futbolçusunu cinah yarımmüdafiəçisi kimi oynadığı üçün bəyəndiyini bildirib.

Ridström qeyd edib ki, komanda 4-lü yarımmüdafiə xətti ilə çıxış etdiyi zaman Axundzadədən faydalanmağı planlaşdırır. O, həmçinin gənc futbolçunun yeni komandasında nə vaxt debüt edəcəyi ilə bağlı sualı da cavablandırıb:

“Hazırda onunla bağlı hər şeyin tam qaydasında olduğunu deyə bilmərəm. Sadəcə, indiki addımlarını kifayət qədər yaxşı qiymətləndirmək olar. Məşqlərdəki performansı göstərdi ki, hər hansı geriləmə yoxdur. Ümid edirəm ki, tezliklə kollektiv hazırlığa qoşulacaq. Hər şeyin sürətlə getdiyini bilirik, amma Nərimanla bağlı diqqətli olacağıq”.

Qeyd edək ki, Nəriman Axundzadə MLS təmsilçisi “Kolambus Kryu” ilə 2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Namiq HUN

TodayPress TV

tag: ABŞ, “Kolambus Kryu”, Henrik Ridström,Nəriman Axundzadə,Todaypress.tv,