Milyonlardan imtina: İndzaqi qərarını verdi!
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçisi Simone İndzaqi komandanı tərk etmək qərarına gəlib.
TodayPress TV insayder Nikolo Skiraya istinadən xəbər verir ki, italiyalı mütəxəssis gələn ilin iyuluna qədər qüvvədə olan müqaviləsini yeniləməyəcək.
Bildirilir ki, “İnter”in sabiq baş məşqçisinin Səudiyyə Ərəbistanındakı maaşı illik 26 milyon avro təşkil edir. Mütəxəssis “Əl-Hilal”a 2025-ci ilin yayında rəhbərlik etməyə başlayıb. Cari mövsümdə komanda Pro-Liqanın turnir cədvəlində 11 oyuna topladığı 30 xalla birinci yeri tutur.
Xatırladaq ki, oktyabr ayında KİV “Arsenal”ın baş məşqçisi Mikel Artetanın London klubu ilə müqaviləsini uzatdıqdan sonra İndzaqini qabaqlayaraq dünyanın ən yüksək maaş alan futbol məşqçiləri reytinqində birinci pilləyə yüksəldiyi barədə məlumat yaymışdı.
Namiq HUN