Millimiz Tacikistana qalib gəldi

Millimiz Tacikistana qalib gəldi
01.07.2026 21:23 İdman

Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

TodayPress TV xəbər verir ki, U-17 yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekulaşıb.

Azərbaycan millisinin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər