Millimiz Bakı uğurunun davamını Rzeşovda gətirəcək

Millimiz Bakı uğurunun davamını Rzeşovda gətirəcək
23.06.2025 16:02 İdman

Polşada akrobatika üzrə Dünya kuboku turniri keçiriləcək. 

TodayPress TV xəbər verir ki, iyunun 27-də Pzeşov şəhərində start götürəcək turnir 3 gün davam edəcək.

Yarışda Azərbaycanı Milana Əliyeva - Sabir Ağayev, Murad Rəfiyev - Daniel Abbasov dueti, həmçinin Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov, Abdulla Al-Meşaixi və Nəzrin Zeyniyeva, Anahitə Bəşirli, Zöhrə Rəşidlidən ibarət qrup təmsil edəcək.

Xatırladaq ki, millimiz daha əvvəl Bakıda keçirilən Dünya kuboku turnirində iki qızıl və bir gümüş medal qazanıb.

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər