Millimiz “Adriatik incisi”ndə fəxri kürsüyə yüksəldi

İdman

12.03.2026 11:25

Monteneqroda gənc boksçular arasında keçirilən Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, 18 ölkənin qatıldığı Budva şəhərində təşkil olunan yarışda Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Yığmamızın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. O, final görüşündə Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Digər boksçularımızdan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan millisi bu nəticə ilə komanda hesabında 3-cü yeri tutub.

Namiq HUN

TodayPress TV

tag: Monteneqro,“Adriatik incisi”,Budva, Boks,Todaypress.tv,

photo
photo
photo
photo