Meydanda əlbəyaxa dava: Ulduz futbolçular UEFA-nın hədəfində!
UEFA Türkiyənin "Fənərbağça" klubuna qarşı intizam işi açıb.
TodayPress TV xəbər verir ki, bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
Komandanın futbolçuları Matteo Genduzi və Meyson Qrinvuda qarşı intizam işinin açılmasına səbəb Fransada "Lion"a qarşı keçirilən UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra baş verən insident olub. Qarşılaşma başa çatdıqdan sonra hər iki futbolçu meydanda yaşanan davada iştirak edib.
Qeyd edək ki, səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən "Fənərbağça" Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Namiq HUN