Mərc oyunları iki futbolçunun karyerasını bitirdi

İdman

10.03.2026 14:55

MLS iki futbolçunu mərc oyunlarında iştirak etdiklərinə görə ömürlük diskvalifikasiya edib.

TodayPress TV xəbər verir ki, amerikalı yarımmüdafiəçi Derrik Cons və qanalı hücumçu Yov Yeboa bu səbəbdən cəzalandırılıblar.

Araşdırma zamanı məlum olub ki, futbolçular 2024/2025 mövsümündə öz komandalarının iştirak etdiyi oyunlara mərc ediblər. Həmçinin MLS-də keçirilən digər qarşılaşmalarla bağlı da qaydaların pozulması qeydə alınıb.

Hazırda azad agent statusunda olan Derrik Cons karyerası ərzində “Filadelfiya”, “Neşvill”, “Hyuston”, “Şarlott” və “Kolambus” klublarında çıxış edib. O, “Kolambus”la KONKAKAF Çempionlar Liqasının finalına qədər irəliləyib.

Çinin “Sindao” klubunda çıxış edən Yov Yeboa isə “Kolambus”la MLS çempionu olub. O, liqada həmçinin “Los-Anceles” klubunun da formasını geyinib.

Namiq HUN

TodayPress TV

tag: Derrik Cons,Yov Yeboa,Mərc,MLS,Todaypress.tv,