MDB Oyunları: Millimiz daha bir bürünc medal qazandı
Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında üçüncü yeri tutub.
TodayPress TV xəbər verir ki, heyəti Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət olan komandamız Belarus yığmasını mübarizədən kənarlaşdırsa da, yarımfinalda Rusiya komandasını ram edə bilməyib.
Sablyaçılarımız yarımfinalda rəqibinə 32:45 hesabı ilə uduzaraq turnirin bürünc medalına sahib çıxıb.
Namiq HUN