MDB Oyunları: Kişi stolüstü tennisçilərimiz finala yüksəldi
III MDB oyunlarının Qəbələdə keçirilən stolüstü tennis yarışında Azərbaycannın kişilərdən ibarət komandası finala yüksəlib.
TodayPress TV xəbər verir ki, millimiz finala aparan yolda Özbəkistan komandası ilə qarşılaşıb.
Görüş stolüstü tennisçilərimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Millimiz finalda Rusiya ilə qarşılaşacaq.
Namiq HUN