MDB Oyunları: Cüdoçularımız bürünc medala sahib çıxdı
Azərbaycanın cüdoçuları III MDB Oyunlarında medal sayını açıblar.
TodayPress TV xəbər verir ki, Fidan Cəlilli (+70 kq) və Zemfira Əliyeva (+70 kq) fərdi kateqoriyada multi-idman oyunlarının bürünc medalına sahib çıxıblar.
Görüşlər dairə sistemi üzrə keçirilib.
Qeyd edək ki, Milli komandanın 12 üzvü III MDB Oyunlarında finala vəsiqə qazanıb. Onlardan 7-si oğlan, 5-i isə qızdır.
Cüdo yarışları oktyabrın 5-də başa çatacaq.
Namiq HUN