Mayk Krak: Batareyaların təminatı hələ də problem ola bilər
“Aston Martin” komandasının baş mühəndisi Mayk Krak bildirib ki, Britaniya komandası qarşıdakı Çin Qran-Prisi üçün ehtiyat batareyaların təminatında çətinliklərlə üzləşə bilər.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Racingnews365” nəşrinə danışıb.
Krak bildirib:
“Düşünmürəm ki, batareyaların sayını müzakirə etməliyik. Biz Melburnda müəyyən vəziyyətlə üzləşmişik və bunun üzərində diqqəti artırmaq lazım deyil. Batareyaların sayı barədə daha çox danışmaq lazım deyil”.
Xatırladaq ki, Çin Qran-Prisi 13–15 mart tarixlərində Şanxay şəhərində keçiriləcək.
Namiq HUN