“Mançester Yunayted”də yeni mövsüm hazırlıqları

“Mançester Yunayted”də yeni mövsüm hazırlıqları
23.05.2025 11:34 İdman

UEFA Avropa Liqasının finalında “Tottenhem”ə (0:1) məğlub olan “Mançester Yunayted” klubunda ciddi dəyişikliklər gözlənilir.   

TodayPress TV İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Ruben Amorim komandanın dörd əsas futbolçusunun satışını təsdiqləməyə hazırdır.   

“Qırmızı şeytanlar” qapıçı Andre Onana, müdafiəçi Lyuk Şou, yarımmüdafiəçi Kazemiro və hücumçu Rasmus Hoylund ilə yolları ayırmağı düşünürlər.   

Mançester təmsilçisi Hoylundu icarəyə göndərməyə də razıdır.

Kazemiro və Lyuk Şounun yüksək maaşlı müqavilələri səbəbindən transferləri baş tutmaya bilər.

Klub rəhbərliyi Andre Onana üçün olan təklifləri də nəzərdən keçirməyə hazırdır.   

Ehtiyat qapıçı Altay Bayındırın da yay transfer dönəmində komandadan ayrılmaq ehtimalı var. Bu səbəbdən “Mançester Yunayted” yayda yeni qapıçı transfer etməyi planlaşdırır.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər