Maliyyə nəhəngi: “Real” UEFA qaydaları çərçivəsində rekord xərclərə imza atdı!

Maliyyə nəhəngi: “Real” UEFA qaydaları çərçivəsində rekord xərclərə imza atdı!
10.11.2026 14:42 İdman

Madrid “Real”ının maaş xərcləri fəal yay transfer kampaniyasından və braziliyalı Vinisius Juniorla müqavilənin uzadılmasından sonra kəskin şəkildə artıb.

TodayPress TV “Sport.es” nəşrinə istinadən xəbər verir ki, cari mövsümdə “kral klubu”nun maaş xərcləri 707 milyon avro təşkil edir.

Qeyd olunur ki, bu məbləğ klubun ümumi əməliyyat fəaliyyətinin 57%-ni, gəlirinin isə 50%-ni təşkil edir ki, bu da UEFA tərəfindən müəyyən edilmiş norma və qaydalara tam uyğundur. 

Mənbənin məlumatına görə, “Real”ın maliyyə təhlükəsizlik yastığı reqlamenti pozmadan sərmayələrin bu səviyyəsini qoruyub saxlamağa imkan verir və cari mövsümdə klub 1,405 milyard avro məbləğində gəlir proqnozlaşdırır.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər