Məktəb direktorunun maşınını yandıran şəxs həbs edildi - Anbaan video

Məktəb direktorunun maşınını yandıran şəxs həbs edildi - Anbaan video
13.10.2026 15:36 Hadisə

Oktyabrın 12-də paytaxtın Qaradağ rayonunda məktəb direktoruna məxsus “Kia” markalı avtomobilin yandırılması faktı araşdırılıb.

DİN-in Mətbuat Xidmətindən TodayPress TV-yə verilən məlumata görə polis tərəfindən keçirilən tədbirlərlə avtomobili yandıran, əvvəllər məhkum olunmuş Fuad İbrahimov müəyyən olunaraq həbs edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.


TodayPress TV

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər