Lüks seçim: Lekler toyuna milyonluq Ferrari ilə getdi
İdman
11.04.2026 13:54
Şarl Lekler toy günü üçün seçdiyi avtomobilin səbəbini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “The BSMT by Gianluca Gazzoli”yə danışıb.
“Ferrari” pilotu bu xüsusi gün üçün 1957-ci il istehsalı olan Ferrari 250 Testa Rossa modelinə üstünlük verib.
“Bu məsələni “Ferrari” nümayəndələri ilə müzakirə etdim. Təbii ki, toyuma xüsusi avtomobillə getmək istəyirdim və bu yalnız “Ferrari” ola bilərdi. Nəticədə, şirkətin müştərilərindən biri həmin günü üçün bu nadir avtomobili mənə təqdim etdi”, – deyə Lekler bildirib.
Qeyd edək ki, bu modeldən cəmi 22 ədəd istehsal olunub. Avtomobil 3 litrlik V12 mühərriklə təchiz edilib və 300 at gücünə malikdir. Maksimal sürəti isə 270 km/saatdır.
“Ferrari 250 Testa Rossa” dünyanın ən bahalı avtomobillərindən biri hesab olunur. Onun orijinal versiyaları hərraclarda 34–40 milyon dollar aralığında qiymətləndirilir.
Namiq HUN
tag: Şarl Lekler,Ferrari,Toy,Seçim,Todaypress.tv,
