Leypsiqdə final həyəcanı dava ilə nəticələndi

Leypsiqdə final həyəcanı dava ilə nəticələndi
27.05.2026 15:03 İdman

UEFA Konfrans Liqasının final qarşılaşması öncəsi “Kristal Pelas” və “Rayo Valyekano” klublarının azarkeşləri arasında insident yaşanıb.

TodayPress TV  xarici mətbuat orqanlarına istinadən məlumat verir ki, insident Leypsiq şəhərində fəaliyyət göstərən restoranlardan birində baş verib.

Qarşıdurma zamanı tərəflər bir-birlərinə müxtəlif əşyalar ataraq hücum ediblər. 

Hadisə yerinə cəlb olunan polis əməkdaşları vəziyyəti nəzarətə götürüb. İğtişaşlarda iştirak etdikləri üçün onlarla şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, “Red Bull Arena”da keçiriləcək “Kristal Pelas” - “Rayo Valyekano” oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər