Lennoks Lyuisdən xəbərdarlıq: Mahmudov çox təhlükəlidir
İdman
11.04.2026 13:14
Boks üzrə ağır çəkidə sabiq mütləq dünya çempionu britaniyalı Lennoks Lyuis Tayson Fyuri və Arslanbek Mahmudov arasında keçiriləcək döyüş barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
O, Mahmudovin Fyuri üçün riskli rəqib olduğunu bildirib:
“Döyüşə qayıtmaq həmişə risklidir. Məncə, bu onun üçün riskli rəqibdir, amma yaxşı rəqibdir. O bilir ki, bu döyüşçünün iki təhlükəli zərbəsi var. Digər rəqiblərdə isə bu say daha çox idi. Biz karyeranın son mərhələsindəyik. Məhəmməd Əli 38 yaşında karyerasını bitirdi, mən də təxminən həmin yaşda. Onun isə hələ bir neçə ili var”.
Qeyd edək ki, döyüş aprelin 12-də Londonda baş tutacaq.
Namiq HUN
tag: Lennoks Lyuis,Tayson Fyuri,Arslanbek Mahmudov,Boks,Todaypress.tv,
