Lekler Britaniya Qran-prisinin qalibi oldu

Lekler Britaniya Qran-prisinin qalibi oldu
05.07.2026 23:42 İdman

Formula-1 üzrə Britaniya Qran-prisinin qalibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, “Silverstoun” avtodromunda keçirilən yarışda “Ferrari” komandasının pilotu Şarl Lekler finiş xəttini birinci keçərək qələbə qazanıb.

İkinci yeri “Mercedes” komandasının sürücüsü Corc Rassell, üçüncü yeri isə “Ferrari”nin digər pilotu Lüis Hemilton tutub.

Yarışın son dövrələrində Maks Ferstappen qəza keçirdiyi üçün trasa təhlükəsizlik avtomobili çıxarılıb və mübarizə onun müşayiəti altında başa çatıb.

Çempionatın ümumi sıralamasında lider olan Kimi Antonelli isə texniki problemlərlə üzləşdiyindən yarışı yalnız 16-cı pillədə başa vurub.

XƏBƏR LENTİ
06 IYUL 2026
Bütün Xəbərlər