Lebrondan səmimi etiraf – Karri ilə oynamaq xüsusi hissdir

İdman

10.04.2026 11:46

Dördqat NBA çempionu Lebron Ceyms “Qolden Steyt Uorriors”a qarşı oyundan sonra Stefen Karri ilə qarşılaşmaq barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, “Los-Anceles Leykers” ilə “Qolden Steyt Uorriors” arasında keçirilən matç 119:103 hesabı ilə “Leykers”in qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada Lebron 26 xalla komandasının ən məhsuldar oyunçularından biri olub. 

Oyundan sonra danışan basketbolçu bildirib ki, cari mövsüm Karrilə son dəfə üz-üzə gəldiklərini əvvəlcədən anlamayıblar:

“Biz bunu yalnız bu gün anladıq. Gələcəkdə nə olacağını bilmirik. Əgər yenidən bir-birimizə qarşı oynamaq şansı olsa, bu, həmişə xoş və şərəflidir - onunla eyni meydançada olmaq belə xüsusi hissdir”, - deyə Ceyms vurğulayıb.

Namiq HUN

TodayPress TV

tag: Lebron Ceyms,Los Anceles Leykers,NBA,Stefen Karri,Todaypress.tv,