La Liqada qalmaqal: Mbappeyə qarşı kobudluq cəzasız qaldı

La Liqada qalmaqal: Mbappeyə qarşı kobudluq cəzasız qaldı
11.04.2026 11:17 İdman

Kilian Mbappe La Liqanın XXXI turunda “Real Madrid” – “Jirona” (1:1) matçında zədə alıb.

TodayPress TV xəbər verir ki, qarşılaşmanın 88-ci dəqiqəsində fransalı hücumçunun üzü rəqib müdafiəçi Vitor Reys ilə mübarizədə dirsək zərbəsi nəticəsində yarılıb.

Epizod “Jirona”nın cərimə meydançasında baş versə də, matçın baş hakimi Xavier Alberola Roxas qayda pozuntusu qeydə almayıb və penalti təyin etməyib.

31 turdan sonra “kral klubu” 70 xalla ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, əvvəlki turda “Real Madrid” “Mallorca”ya (1:2) uduzub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər