Kurtua xəbərdarlıq etdi: “Etihad”da hər şey mümkündür
İdman
12.03.2026 12:28
Tibo Kurtua “Real Madrid”in “Mançester Siti” üzərində qazandığı qələbəni şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Real”ın rəsmi saytı məlumat yayıb.
Kurtua komandasının oyunundan razı qaldığını bildirib:
“Bu, yalnız ilk matçdır, amma komandanın oyunundan, əhval-ruhiyyəsindən və bir-birimiz üçün necə mübarizə apardığımızdan çox razıyam. Bu, çox gözəldir. Biz zədələri bəhanə gətirmirik və sona qədər mübarizə aparırıq. Yaxşı nəticədir, amma bu, irəliyə doğru yalnız kiçik bir addımdır. Mən “Etihad Stediumda”kı oyunları xatırlayıram, buna görə hər şey mümkündür və biz diqqətimizi itirməməliyik”.
Qapıçı həmçinin bu görüşün mövsümün ən yaxşı oyunu olub-olmaması barədə suala da cavab verib:
“Bəlkə də, bəli. Bu, ən yaxşı oyunlarımızdan biridir. Digər belə matçlardan biri də evdə “Barselona” ilə qarşılaşma idi. Mövsümü yüksək səviyyədə başa vurmalıyıq”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real” və “Mançester Siti” klubları arasında Madriddə keçirilən ilk oyunu “kral klubu”nun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Tibo Kurtua,Real Madrid,Mançester Siti,Etihad,Todaypress.tv,
