“Kristal Pelas”ın ulduzu final üçün iddialıdır

“Kristal Pelas”ın ulduzu final üçün iddialıdır
27.05.2026 10:58 İdman

İsmaila Sarr UEFA Konfrans Liqasının finalı öncəsi açıqlama verib.

TodayPress TV xəbər verir ki, “Kristal Pelas” klubunun vingeri turnirdəki məhsuldarlığından və final matçında həlledici rol oynamaq arzusundan danışıb.

“Bu məhsuldarlıq məşqçinin və komanda yoldaşlarımın məndən gözlədiyi şeydir. Amma biz birlikdə çalışırıq. Komanda yoldaşlarımın köməyi olmadan bu qədər qol vura bilməzdim. Fərdi olaraq yaxşıyıq, amma komanda kimi böyük gücə sahibik. Buna görə həmişə “biz” deyirəm.

Qollarımla komandama kömək etdiyim üçün çox şadam və hazırda turnirin bombardiri olmaqdan qürur duyuram. Ümid edirəm ki, bu seriya finalda da davam edəcək. Komandama qələbə qazandırmaq üçün həlledici töhfə vermək istəyirəm — istər qol, istər məhsuldar ötürmə ilə”, — deyə Sarr UEFA-nın rəsmi saytına bildirib.

Qeyd edək ki, Sarr doqquz qolla UEFA Konfrans Liqasının ən məhsuldar futbolçusudur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər