Koxalski üçün 2,5 milyonluq şərt: transfer detalları məlum oldu

Koxalski üçün 2,5 milyonluq şərt: transfer detalları məlum oldu
13.02.2026 18:08 İdman

Mateuş Koxalskinin “Qarabağ” klubu ilə müqaviləsində sərbəstqalma maddəsinin olduğu məlum olub.

TodayPress TV “meczyki.pl” nəşrinə istinadən xəbər verir ki, bu bəndin məbləği 2,5 milyon avro təşkil edir. 

Sərbəstqalma maddəsi Avropanın beş böyük futbol ölkəsinin klubları ilə yanaşı, Niderland, Portuqaliya, Belçika, Şotlandiya və ABŞ təmsilçiləri tərəfindən aktivləşdirilə bilər.

Məlumata görə, polşalı qapıçını transfer edəcək klub onun növbəti satışından Ağdam təmsilçisi “Qarabağ”a 20 faiz pay ödəyəcək.

Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ildə Polşanın “Stal” klubundan transfer olunub. 25 yaşlı qolkiper cari mövsümdə “Qarabağ”ın heyətində 24 rəsmi matçda meydana çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər