Konseysau Səudiyyə klubuna rəhbərlik edəcək
Portuqaliyalı futbol mütəxəssisi Serjiu Konseysau Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.
Bildirilir ki, mütəxəssislə müqavilə 2027-ci ilin iyununa qədər nəzərdə tutulub. Onunla birlikdə köməkçiləri və analitik heyət də Səudiyyə Ərəbistanına gedəcək.
Qeyd edək ki, Serjiu Konseysaunun son iş yeri “Milan” klubu olub. O, 30 dekabr 2024-cü ildən 29 may 2025-ci ilədək “rossoneri”ni çalışdırıb. “Milan” Konseysaunun rəhbərliyi altında 2024/2025-cü illər mövsümündə İtaliya Superkubokunun qalibi olub.
Namiq HUN