Kolumbiya qapısına "qıfıl vurub": Qana keçə bilmədi, növbədə İsveçrədir

Kolumbiya qapısına "qıfıl vurub": Qana keçə bilmədi, növbədə İsveçrədir
04.07.2026 10:15 İdman

Kolumbiya yığması DÇ-2026-nın 1/16 finalında Qanaya 1:0 hesabı ilə qalib gələrək turnirdə ardıcıl 3 matçda qapısını toxunulmaz saxlayıb.

TodayPress TV  "Opta"ya istinadən xəbər verir ki, kolumbiyalılar dünya çempionatları tarixində ilk dəfə ardıcıl 3 oyunda qol buraxmamağa nail olublar.

Komanda turnirdə cəmi 1 qol buraxıb və bu, qrup mərhələsinin 1-ci turunun Özbəkistanla matçında qeydə alınıb.

Yarışda qapısından qol buraxmayan komandalar Meksika və İspaniya milliləridir.

Qeyd edək ki, 1/8 finala yüksələn Kolumbiya bu mərhələdə İsveçrə ilə qarşılaşacaq.


XƏBƏR LENTİ
04 IYUL 2026
Bütün Xəbərlər