Klublararası DÇ: “Çelsi” qələbə ilə başladı

Klublararası DÇ: “Çelsi” qələbə ilə başladı
17.06.2025 09:00 İdman

Klublararası dünya çempionatında qrup oyunları davam edir.

TodayPress TV xəbər verir ki, Atlantadakı “Mercedes-Benz Stadium”da D qrupunun I turu çərçivəsində “Çelsi” “Los Anceles”lə üz-üzə gəlib. 

Görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Zadəganlar” ilk yarını Pedro Netonun qolu ilə qazanıblar. Fasilədən sonra isə Enzo Fernandez matçın nəticəsini müəyyən edib. 

Qrupun digər oyununda isə Braziliya “Flamenqo”su Tunisin “Esperansa” klubunu 2:0 hesabı ilə məğlub edib. 

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər