Keyn adını əsrə yazdı

Keyn adını əsrə yazdı
27.09.2025 09:57 İdman

“Bavariya” klubunun hücumçusu Harri Keyn tarixi rekorda imza atıb. 

TodayPress TV “Squawka”ya istinadən xəbər verir ki, Bundesliqanın V turunda “Verder”lə oyunda dubl edən ingiltərəli forvard Münhen klubunun heyətində 100-cü qolunu vurub.

Harri Keynə bu göstəriciyə çatmaq üçün cəmi 104 oyun kifayət edib. Bu isə XXI əsrdə Avropanın top-5 liqasının klublarında çıxış edən futbolçular arasında ən sürətli nəticədir.

Qeyd edək ki, Kriştiano Ronaldo və Erlinq Haaland 100 qola 105 matçda çatıblar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər