Keçmiş futbolçusu "Ayaks"ı çalışdıracaq

Keçmiş futbolçusu "Ayaks"ı çalışdıracaq
31.05.2025 18:45 İdman

“Ayaks” klubunun sabiq futbolçusu Con Heytinqa Amsterdam təmsilçisinin baş məşqçisi təyin edilib.

TodayPress TV xəbər verir ki, mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.

Heytinqa 2023-cü ilin yanvarından iyun ayına kimi “Ayaks”ın baş məşqçisi vəzifəsini icra edib. Daha sonra o, “Liverpul”da Arne Slotun məşqçilər korpusunda çalışıb.

Cari mövsüm “Ayaks” çempionatın sonunda liderliyi əldən verərək Erediviziyada ikinci yeri tutduğundan baş məşqçi Françesko Farioli vəzifəsini tərk edib.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər