Karyerasını harada bitirməsinin fərqi yoxdur: Ronaldu əfsanədir!

Karyerasını harada bitirməsinin fərqi yoxdur: Ronaldu əfsanədir!
10.11.2026 11:12 İdman

“Real” klubunun sabiq baş məşqçisi Xorxe Valdano “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldunun Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarını şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə “El Pais” nəşri məlumat yayıb.

Argentinalı mütəxəssis Ronaldunun futbol dünyasındakı nüfuzunun heç bir qərarla zədələnə bilməyəcəyini bildirib:

“Ronaldunun futbol dünyasındakı təsiri o qədər böyükdür ki, heç nə onun nüfuzuna xələl gətirə bilməz.

Bundan əlavə, futbolçuların karyeralarının son mərhələsi o qədər də əhəmiyyətli deyil. Yohan Kroyf karyerasını ikinci divizionda çıxış edən “Levante”də başa vurub. Pele “Kosmos”da futbolla vidalaşıb. Dieqo Maradonanın karyerasını harada başa vurduğunu isə hətta dəqiq bilmirik. Lakin onların heç biri futbol tarixində tutduğu mövqeyini itirməyib.

Futboldan son damlasına qədər zövq almaq lazım olduğu fikri ilə tamamilə razıyam. Bunun karyeranın sonlarında baş verməsinin heç bir fərqi yoxdur. Məncə, bu, futbola sevginin daha bir təzahürüdür”. 

Qeyd edək ki, Kriştianu Ronaldu ötən həftə Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər