İtaliya üçün qızıl gün — Brinyone Olimpiadada zirvədə
35 yaşlı italiyalı dağ xizəkçisi Federika Brinyone XXV Qış Olimpiya Oyunlarında qızıl medal qazanaraq tarixə düşüb.
TodayPress TV xəbər verir ki, ikiqat dünya çempionu olan idmançı qadınlar arasında supergiqant (super-G) yarışında qalib gələrək Qış Olimpiya Oyunları tarixində dağ xizəyi üzrə ən yaşlı Olimpiya çempionu olub.
Olimpiya Oyunlarının dağ xizəyi yarışlarında Brinyone məsafəni 1:23.41 nəticə ilə tamamlayaraq birinci yeri tutub. Fransanı təmsil edən Roman Miradoli (+0.41) ikinci, avstriyalı Korneliya Hütter isə (+0.52) üçüncü olub.
Qeyd edək ki, Federika Brinyone daha əvvəl Pxençxan-2018 və Pekin-2022 Olimpiadalarında nəhəng slalom növündə gümüş və bürünc medallar qazanıb. O, həmçinin əvvəlki Olimpiadada kombinasiyada bürünc medalın sahibi olub. İtaliyalı idmançı 2020 və 2025-ci illərdə Dünya Kubokunun ümumi hesabında qalib gələrək bu nailiyyətə imza atan ilk italiyalı qadın dağ xizəkçisi kimi tarixə düşüb.
Namiq HUN