III MDB Oyunlarının iştirakçıları Azərbaycana gəliblər
Türkiyənin çövkən idman növü üzrə 5 nəfərdən ibarət heyəti Azərbaycanın ev sahibliyi edəcəyi III MDB Oyunlarında iştirak etmək üçün Bakıya gəlib.
TodayPress TV xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda türkiyəli idmançıları III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.
III MDB Oyunları 28 sentyabr - 8 oktyabr tarixlərində Azərbaycanın Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Namiq HUN