“Hələ heç nə bitməyib” – Arbeloa iddialı danışdı

“Hələ heç nə bitməyib” – Arbeloa iddialı danışdı
11.04.2026 13:30 İdman

Alvaro Arbeloa “Real Madrid”in çempionluq yarışından kənarda qaldığı fikri ilə razılaşmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Goal nəşri mıəlumat yayıb. 

İspaniyalı mütəxəssis La Liqanın XXXI turunda Jirona ilə 1:1 hesablı heç-heçədən sonra açıqlama verib.

“Çempionluq yarışını uduzduğumuzu yalnız bu, həqiqətən baş verəndə qəbul edəcəyəm. O vaxta qədər mübarizəni davam etdirəcəyik. Komandamız hər oyuna çıxarkən klubun emblemini qorumaq və maksimum nəticə göstərmək üçün oynayacaq”, – deyə Arbeloa bildirib.

Hazırda “Real Madrid” XXXI turdan sonra 70 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider isə 76 xalla “Barselona”dır və bir oyun az keçirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər