“Hamımız qorxurduq, amma...” – Korretxa Alkarasın gələcək planlarını açıqladı
Dünyanın keçmiş iki nömrəli raketkası, “Rolan Qarros”un ikiqat finalçısı, ispaniyalı tennisçi Aleks Korretxa həmyerlisi Karlos Alkarasın “US Open - 2026”dakı çıxışını şərh edib.
TodayPress TV xəbər verir ki, bu barədə “We Love Tennis” məlumat yayıb.
Korretxa gənc tennisçinin tezliklə əvvəlki formasına qayıdacağına inandığını bildirib:
“Biz artıq onun növbəti “Böyük Dəbilqə” çempionluğunu xəyal edirdik. Bəlkə də Tommi Pol üzərindəki qələbədən sonra həddindən artıq ruhlandıq. Lakin mənə elə gəlir ki, Karlos bu turnirdə yaxın zamanlarda qatılacağı yarışlarda əvvəlki səviyyəsinə çox sürətlə qayıdacağını göstərdi.
Onun indi evə yollanması bizi nə qədər kədərləndirsə də, əslində mövsümün qalan hissəsi və xüsusən də 2027-ci il üçün əla xəbərdir. Çünki hamımız onun ilin sonuna qədər heç bir turnirdə oynaya bilməyəcəyindən ehtiyat edirdik. Ona görə də bunu müsbət qarşılamaq lazımdır. Əlbəttə, uduzanda həmişə bir az təəssüf hissi olur, lakin bu, artıq geridə qaldı”.
Qeyd edək ki, Alkaras bilək zədəsini bərpa etdiyi üçün 2026-cı ilin aprel ayının ortalarından bəri ATP turnirlərində iştirak etmirdi.
Namiq HUN