Gürcüstan qarşısında ardıcıl məğlubiyyət
Futzal üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
TodayPress TV xəbər verir ki, millimiz ardıcıl ikinci dəfə Gürcüstan yığması ilə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Yevgeny Kuksevicin rəhbərlik etdiyi komanda daha əvvəl 9 aprel tarixində Tbilisidə keçirilən oyunda da rəqibinə 4:2 hesabı ilə uduzmuşdu.
Azərbaycan futzal millisi növbəti yoldaşlıq görüşlərini 13 və 15 aprel tarixlərində Aktauda Qazaxıstan futzal yığmasına qarşı keçirəcək.
Namiq HUN