Günün mərkəzi oyunu: “Sabah” və “Zirə” üz-üzə!

İdman

11.04.2026 09:45

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turu bu gün daha üç oyunla davam edəcək.

TodayPress TV xəbər verir ki, günün ilk matçında “Şamaxı” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:30-da başlayacaq.

Daha sonra turun mərkəzi oyununda lider “Sabah” “Zirə” ilə üz-üzə gələcək. Görüşün start fiti saat 18:00-da səslənəcək.

Günün son matçında isə “Neftçi” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, turun açılış oyununda “Karvan-Yevlax” “Kəpəz”i 4:1 hesabı ilə məğlub edib.

Namiq HUN

TodayPress TV

tag: Sabah,Zirə,Futbol,Klub,Todaypress.tv,